14.03.2022

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

Martın 12-də təhsil naziri Emin Əmrullayev Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Ətraflı
10.03.2022

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq 15 mart 2022-ci il saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Ətraflı
05.03.2022

Təhsil Nazirliyinin saytında yeni "Təqvim" bölməsi yaradılıb

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni "Təqvim" bölməsini istifadəyə verib.

Ətraflı
04.03.2022

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev martın 12-də Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Ətraflı
28.02.2022

Daimiləşmə müsabiqəsinə qeydiyyat sabah başlayır

1 mart tarixindən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start veriləcək.

Ətraflı
25.02.2022

Xocalı soyqırımı qurbanları anılıb

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbirləri keçirilib.   

Ətraflı
24.02.2022

Xocalı faciəsinin anım tədbiri keçirilib

Kəlbəcər Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ətraflı
23.02.2022

Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Ətraflı
21.02.2022

“Elektron jurnal ” layihəsinin tətbiqi genişləndirilir

Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib.

Ətraflı
18.02.2022

İşə qəbul və yerdəyişmə ilə bağlı vətəndaş xidmətləri

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeniliklərə dair vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə aşağıdakı xidmətləri təqdim edir:

Ətraflı
16.02.2022

Şəhidin anım tədbiri keçirilib

Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə məktəbin məzunu, Şəhid Elnur Mustafayevin anım tədbiri keçirilib.

Ətraflı
14.02.2022

Respublika Fənn Olimpiadalarının nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Kəlbəcər rayon ümumi təhsil məktəbləri üzrə 52 nəfər şagird Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak etməyə vəsiqə qazanıb.

Ətraflı
11.02.2022

Şagird yerdəyişməsinə yenidən start verilir

14 fevral saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

Ətraflı
08.02.2022

“eTwinning Azərbaycan” şagirdlər üçün müsabiqə elan edir

“eTwinning Azərbaycan” layihəsi çərçivəsində  şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə elan olunur. Müsabiqənin icra müddəti 28 fevral tarixinədək davam edəcək.

Ətraflı
04.02.2022

Təhsil işçilərinin əməkhaqları artımla ödənilib

Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları  1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.

Ətraflı