17.08.2022

Ağalı kənd tam orta məktəbi üzrə vakansiyalar

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir. Vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər.

Müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq tələb olunur

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url

Son müraciət tarixi: 19 avqust saat 18:00

Vakansiya seçimində iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

 


Açar sözlər: ,