Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk şəhərində keçirilən VII Asiya uşaqlarının beynəlxalq idman oyunlarının cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində Cəbrayıl rayon Böyük Mərcanlı kənd K. Məmmədov adına tam orta məktəbin X sinif şagirdi Hümbətov Əli Natiq oğlu qızıl medal qazanıb.
Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.