16.07.2024

Məzunlara attestatlar verilir

Ümumi təhsil müəssisələrinin IX və XI siniflərini bitirən məzunlarına attestatlar verilir.

 

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi orta təhsil haqqında 5387, tam orta təhsil haqqında isə 4055 attestat Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" əsasında məzunlara təqdim olunur.