Laçın rayonunun Zabux kəndində Zabux kənd körpələr evi-uşaq bağçasının fəaliyyətinin bərpa olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Agentliyin direktor müavini Mehriban Vəliyeva, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, bağçanın kollektivi və qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Zabux kənd körpələr evi-uşaq bağçası 50 yerlikdir. İlkin olaraq müəssisədə 2 qrupda 19 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulub.
Zabux kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan ikinci məktəbəqədər təhsil müəssisəsidir.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası istiqamətində tədbirlər davam etdirilir.