05.08.2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları Zəngilan rayon Ağalı kəndində olublar

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları Zəngilan rayon Ağalı kənd tam orta məktəbində və məktəbəqədər təhsil müəssisəsində olublar.

Səfərin məqsədi ümumi təhsil və məktəbəqədər təhsil müəssisəsinin 2022-2023-cü tədris ilinə hazırlıq vəziyyəti ilə tanışlıq, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarət olub.

Səfər çərçivəsində valideyn və şagirdlərlə görüşən əməkdaşlar onları məktəb və bağçayla yaxından tanış edib, bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıb, şagirdlərin arzu və istəklərini dinləyiblər.

Görüş şagirdlər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

 


Açar sözlər: ,