15.08.2022

Müsahibə mərhələsi ilə bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat artıq göndərilib.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!

 


Açar sözlər: ,