15.08.2022

Müsahibə mərhələsi ilə bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat artıq göndərilib.

Ətraflı
09.08.2022

Beynəlxalq ingilis dili olimpiadasından fəxri medal

Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin X sinif şagirdi Həsənquliyeva Cəmilə İbadət qızı "Teeneagle" şirkəti tərəfindən 31 iyul-07 avqust tarixlərində Londonda təşkil edilən beynəlxalq ingilis dili olimpiadasında fəxri medal və sertifikat əldə etmişdir.

Ətraflı
05.08.2022

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Avqustun 5-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir.

Ətraflı
05.08.2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları Zəngilan rayon Ağalı kəndində olublar

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları Zəngilan rayon Ağalı kənd tam orta məktəbində və məktəbəqədər təhsil müəssisəsində olublar.

Ətraflı
03.08.2022

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. 

Ətraflı
03.08.2022

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır

Avqustun 11-də şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.

Ətraflı
02.08.2022

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır

Avqustun 2-dən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir.

Ətraflı
02.08.2022

Bu gündən ölkə üzrə növbəyə yazılma prosesinə start verilir

Avqustun 2-də saat 11:00-da ölkənin bütün şəhər və rayonları üçün valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılır.

Ətraflı
02.08.2022

Azərbaycan-Türkiyə müəllimlərinin yay düşərgəsi

Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Düşərgəsi” layihəsi həyata keçirilmişdir.

Ətraflı
29.07.2022

Prezident"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb

İyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.

Ətraflı
29.07.2022

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

29 iyul tarixindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Ətraflı
27.07.2022

3 nəfər qızıl, 1 nəfər isə gümüş medalla təltif olunub

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarından 3 nəfəri qızıl, 1 nəfəri isə gümüş nişanla təltif olunub.

Ətraflı
27.07.2022

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə qalibləri

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə "Ümumi təhsil müəssisələri" kateqoriyasında 2, "Fərdi layihələr" kateqoriyasında isə 9 layihə qalib olub.

Ətraflı
26.07.2022

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb.

Ətraflı
25.07.2022

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Ətraflı