Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonları üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil ilə bağlı suallarını cavablandırmaq, onları maraqlandılan məsələləri dinləmək və yerli sakinlərə daha yaxşı xidmət göstərmək məqsədilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri və rayonlar üzrə sektor müdirləri tərəfindən davamlı olaraq vətəndaş qəbulları həyata keçirilir.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin 2023-cü il üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb. Aşağıdakı keçidə daxil olaraq siz vətəndaşların qəbul cədvəli ilə tanış ola bilərsiniz.