13.02.2023

Şəhidin anım tədbiri keçirilib

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Qasımov Faiq Qaçay oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhidin adını daşıyan Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidin keçdiyi həyat yolu haqqında məlumat verilib, döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra anım tədbiri məktəblilərin hazırladığı kompozisiyanın nümayişi ilə davam edib.

 


Açar sözlər: ,  ,