13.03.2023

"Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi yekunlaşıb

Laçın rayonunun ümumi təhsil müəssisələri üzrə "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi yekunlaşıb.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.