Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Cəbrayıl rayonunun D. Qurbani adına Soltanlı kənd tam orta məktəbində "Tarix yaradan şəxsiyyət" adlı tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Əhliyət Adıgözəlov, Rövşən Ağayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov, İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ümummilli liderin həyat və fəaliyyəti haqqında danışıb, tanınmış şəxslərin, dünya liderlərinin ulu öndər haqqında söylədikləri fikirləri səsləndiriblər, videoçarx nümayiş olunub.
Tədbir şagirdlərin hazırladığı çıxışlarla davam edib.