13.03.2023

Elm və təhsil naziri 30 mart 2023-cü il tarixində Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 30 mart 2023-cü il tarixində Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 17 mart 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.


Açar sözlər: