09.09.2023

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilinə hazırlıq

Laçın şəhər 2 nömrəli tam orta məktəb 2023-2024-cü tədris ilinə artıq hazırdır.

Ətraflı
08.09.2023

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

5-7 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib.

Ətraflı
05.09.2023

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi başladı

Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Ətraflı
04.09.2023

VI Robot Olimpiadasında məktəblimiz uğurla çıxış edib

Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyin V sinif şagirdi Şirinzadə Hüseynin də tərkibində olduğu "HAF" komandası 01-03 sentyabr 2023-cü il tarixlərində keçirilən VI Robot Olimpiadasında "Robomission Elementary" kateqoriyası üzrə I yer tutduğuna görə təltif edilib.

Ətraflı
03.09.2023

Məktəbin bütün məzunları tələbə adını qazanıb.

Məktəbin bütün məzunları tələbə adını qazanıb.

Ətraflı
01.09.2023

743 müəllim sertifikasiyadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb.

Ətraflı
26.08.2023

"Laçın Şəhəri Günü"nə həsr olunmuş tədbir keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin, 1 saylı Sumqayıt regional "Asan Xidmət" mərkəzinin, Gənclər Evinin birgə təşkilatçılığı ilə "Laçın, sən azadsan!" adlı tədbir keçirilib.

Ətraflı
25.08.2023

Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Ətraflı
23.08.2023

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Ətraflı
23.08.2023

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir

Avqustun 23-də məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Ətraflı
22.08.2023

Vətəndaş qəbulu keçirilib

Avqustun 22-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib.

Ətraflı
22.08.2023

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında "Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi keçirilib. Müsabiqənin esse mərhələsində 19 nəfər namizəd iştirak edib.

Ətraflı
21.08.2023

Qabaqcıl, peşəkar müəllimlərin məlumat bazası yaradılır

Dövlət ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin ( tərbiyəçi-müəllim) karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

Ətraflı
21.08.2023

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib

Avqustun 21-i saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib.

Ətraflı
18.08.2023

"Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsinə start verilir

"Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi 22.08.2023-cü il tarixində saat 10:00-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək.

Ətraflı