27.11.2023

"Sən elə bir zirvəsən" adlı tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Cəbrayıl rayon M. Allahverdiyev adına Çullu kənd tam orta məktəbi tərəfindən "Sən elə bir zirvəsən" adlı tədbir təşkil olunub.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri, Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, məktəbin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak edib.

 

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq onun dövlətçilik tarixindəki əvəzolunmaz xidmətlərindən danışıblar.

 

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub, səhnəciklər nümayiş edilib, rəqs nümunələri göstərilib.