16.11.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib

13 noyabr tarixində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin mart-sentyabr aylarında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Zəngilan rayon 21 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhimova Ayan Mehman qızı Xor nominasiyası üzrə xor kollektivinin tərkibində I yerin qalibi olub.

 

Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.