Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Fuad Bədəlovun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, rayon təhsil sektorlarının müdirləri, təhsil işçiləri, məktəb direktorları iştirak ediblər.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva təyinat münasibətilə Fuad Bədəlovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Böyük Qayıdış çərçivəsində təhsil işçilərinin əzmlə çalışmalı, daha da məsuliyyətli olmalarını onların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirib.
Sonda çıxış edən təhsil işçiləri yeni təyinat münasibətilə Fuad Bədəlovu təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.