Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, və Cəbrayıl rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yaradılıb.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində 310 ümumi təhsil müəssisəsi, 31 məktəbəqədər təhsil müəssisəsi, 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.