Fuad Əyyub oğlu Bədəlov 05. 01. 1986-cı ildə Qubadlı rayon Dəmirçilər kəndində anadan olub.

 

2001-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olub və 2005-ci ildə bakalavriat təhsilini tamamlayaraq həmin ildən pedoqoji fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci bakalavriat təhsili alır.

 

2010-2012-ci illərdə Qubadlı rayon Mərdanlı kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləyib. 2012-ci ildə yüksək fəaliyyəti qiymətləndirilərək Qubadlı rayon Xocahan kənd tam orta məktəbinə direktor təyin olunub və 2017-ci ilədək bu vəzifədə çalışıb. 2017-ci ilin yanvar ayında Qubadlı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

2022-ci ilin aprel ayının 24-dən başlayaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edir.

 

Ailəlidir, iki övladı var.