09.07.2024

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatına başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə 16 iyul 2024-cü il tarixindən start veriləcək.

 

Regional təhsil idarələrinə tabe məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılması prosesinə 19 iyul tarixindən başlanılacaq.

 

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.

 

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə həyata keçirilir.