05.07.2024

Alimə Əliyeva tarix fənni üzrə ən yüksək nəticə göstərərək "Birincilərin birincisi" nominasiyasına layiq görülüb

İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin XI sinif şagirdi Alimə Əliyeva tarix fənni üzrə ən yüksək nəticə göstərərək "Birincilərin birincisi" nominasiyasına layiq görülüb.

 

Şagirdimiz ölkənin ən güclü 8 şagirdi içərisində kənd məktəbində təhsil alan yeganə şagirddir.

 

Onu da qeyd edək ki, Alimə Əliyeva 3 il tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak edib və ardıcıl olaraq bürünc, gümüş və qızıl medala layiq görülüb.

 

Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.