Zəngilan rayon Ağalı kənd tam orta məktəbin məzunları üçün "Son zəng" çalınıb.
"Son zəng" tədbirində Elm və Təhsil Nazirliyinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov, Prezidentin Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev iştirak ediblər.