14.06.2024

Laçında 33 il sonra çalınan ilk "Son zəng"

"Son zəng" tədbirlərində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov iştirak ediblər.

 

Tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra qonaqlar məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Daha sonra "Son zəng" tədbirləri bədii hissə ilə davam edib.