12.06.2024

Təkrar sertifikatlaşdırma ilə bağlı komissiyalar yaradılıb

 

---

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin aparatında və rayon (şəhər) təhsil sektorlarında təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və sosial statuslar nəzərə alınmaqla alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Qeyd olunan komissiyalara müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin 077 344 66 65 "Qaynar xətt" nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Əlavə olaraq qeyd edirik ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10-13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.