Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində təhsilverənlərin etik davranış qaydaları və qaydalara edilən dəyişikliklərlə bağlı görüşlər keçirilib.
Görüşlərdə yeni qaydalar təhsilverənlərin diqqətinə çatdırılıb, təhsilverənlərin etik davranış prinsipləri, xidməti davranışları barədə məlumat verilib.
Qeyd edək ki, etik davranış qaydalarının əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.