Cəbrayıl və Laçın rayonu üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin və müəllimlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş təşkil olunub.
Görüşlərdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, təklif edilən ixtisaslar, universitetdə görülən işlər, hədəflər və gələcək planlar, təhsilalanlar və akademik heyət üçün müasir və fərqli mühitin yaradılması, universitet kampusunda göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. İlk mərhələdə universitetdə təxminən 1000 tələbənin təhsil alması planlaşdırılır.