03.06.2024

Şagirdlərimiz "Qərbi Azərbaycana qayıdış" olimpiadasının final turunda iştirak etmək hüququ qazanıb

25 may 2024-cü il tarixində keçirilmiş "Qərbi Azərbaycana qayıdış" olimpiadasının ikinci mərhələsinin nəticələrinə əsasən Qubadlı rayon Xanlıq kənd Şükür Həmidov adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdullazadə Saleh Samir oğlu, Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin X sinif şagirdi Baxşaliyeva Aytac Şahin qızı və Laçın rayon 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağayev Nicat Asim oğlu finala vəsiqə qazanıblar.

 

Qeyd edək ki, ikinci mərhələdə ən yüksək nəticə göstərmiş 36 şagird 19-21 iyun tarixlərində Naxçıvan şəhərində təşkil ediləcək final turunda iştirak hüququ qazanıb.

 

Şagirdlərimizi təbrik edir, final turunda uğurlar arzulayırıq.