01.06.2024

Elm və təhsil nazirinin müavini Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində olub

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Laçın rayonuna səfəri çərçivəsində Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində olub. Məktəbdəki mövcud şəraitlə tanış olan nazir müavini pedaqoji kollektivlə görüşərək fikir mübadiləsi aparıb.

 

Səfər çərçivəsində Firudin Qurbanov Sus kənd tam orta məktəbin və eyni adlı körpələr evi-uşaq bağçasının inzibati binalarına da baxış keçirib, yaradılmış şəraitlə tanış olub.