01.06.2024

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Tədbirlərdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və rayonlar üzrə təhsil sektorlarının əməkdaşları, müəllimlər, uşaqlar və valideynlər iştirak ediblər.

 

Tədbirlərdə uşaqlar vətənpərvərliyə, uşaqların müdafiəsinə həsr olunmuş şeirlər söyləyib, maraqlı səhnəciklər, rəqs nümunələri göstərib, mahnılar ifa ediblər.