30.05.2024

Şagirdimiz Koimbra Avropa Kubokunda bürünc medal qazanıb 

25-26 may tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirində Bəhmən Mehtiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytən Verdiyeva 57 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

 

Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.