Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri ilə təhsillərini Qarabağ Universitetində davam etdirmələri ilə bağlı maarifləndirici görüşlər keçirilir.
Görüşlər çərçivəsində Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlərdən, təhsil ala biləcəkləri ixtisaslardan bəhs olunub.
Daha sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2023-cü il tarixli “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” yaradılmışdır.