27.05.2024

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

İyunun 3-ü saat 17:00-da 2023-2024-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

 

Eyni zamanda bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da yekunlaşacaq.

 

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu məqsədilə elan edilən mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

 

Növbəti tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşəcəyi tarix barədə öncədən ictimaiyyətə məlumat veriləcək.

 

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir.