23.05.2024

"Məktəblilərin respublika çempionatı"nda şagirdimiz gümüş medal qazanıb

"Məktəblilərin respublika çempionatı"nın taekvondo idman növü üzrə final yarışlarının nəticələrinə əsasən Qubadlı rayon Mərdanlı kənd Cəlal Həşimov adına tam orta məktəbin X sinif şagirdi Ömər Ataşov 51 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

 

Yarışlar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

 

Çempionatın keçirilməsində məqsəd taekvondo idman növünü şagirdlər arasında kütləviləşdirmək, onlarda sağlam, aktiv həyat tərzini təşviq etmək və idmançıların yarış təcrübələrini artırmaqdır.