21.05.2024

İntellektual məktəb çempionatının rayon mərhələsi keçirilib

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş məktəblilər arasında "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının rayon mərhələsi keçirilib.

 

İntellektual oyunun rayon mərhələsi Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında keçirilib.

 

Yarışın nəticəsinə əsasən hər rayon üzrə müəyyənləşdirilmiş qalib komandalar zonalarda keçiriləcək çempionatda iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.