18.05.2024

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları monitorinq prosesinin gedişatını izləyiblər

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri və idarə əməkdaşları monitorinq prosesinin gedişatını izləyiblər.

 

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

 

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.