17.05.2024

IV və VI siniflərin monitorinqinə dair görüş keçirilib

Ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə keçiriləcək monitorinq imtahanlarına dair Şərqi Zəngəzur Regional Təhsil İdarəsində görüş keçirilib.

 

Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə əməkdaşları, imtahan rəhbərləri iştirak ediblər.

 

Görüşdə monitorinqin təşkili prosesi, monitorinqdə iştirak edəcək şagirdlərin təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərə toxunulub, müvafiq tapşırıqlar verilib.

 

Sonda təkliflər səsləndirilib, verilən suallar cavablandırılıb.