Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunun nəticələrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 27 şagird final turuna vəsiqə qazanıb.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 2 iyun tarixində təşkil ediləcək. Final turunda şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.
Final turunda iştirak edəcək şagirdlərimizin hər birinə uğurlar arzulayırıq.