Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı monitorinqlər davam etdirilir.
Monitorinqlərin təşkilində əsas məqsəd ümumi təhsil müəssisələrində tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.
Qeyd edək ki, monitorinqlərin tədris ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.