15.05.2024

"Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mükafatlandırma mərasimində Qubadlı rayon Xanlıq kənd Kərəm Mirzəyev adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Tağıyeva Bahar Vüsal qızı III dərəcəli diplomla təltif olunub.

 

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.