14.05.2024

9795 şagird monitorinqlərdə iştirak edəcək

Mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflərdə respublika üzrə bütün ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə monitorinqlərdə IV siniflər üzrə 4700, VI siniflər üzrə isə 5095 nəfər şagird iştirak edəcək.

 

Monitorinqlər ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunacaq.

 

Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir. VI siniflərdə isə tədris dilindən oxu və dil qaydaları, məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiətdən fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit kimi məzmun xətlərini əhatə edir.