"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qubadlı rayon Xələc kənd tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə "Yaşıl dünya naminə bir olaq" adlı tədbir keçirilib.
Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən danışıblar.
Tədbirdə şagirdlər tərəfindən hazırlanmış maarifləndirici kompozisiyalar, səhnəciklər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.