08.05.2024

"Qərbi Azərbaycana qayıdış" olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Aprelin 27-də təşkil edilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 42 nəfər olimpiadanın ikinci mərhələsində iştirak hüququ əldə edib. İkinci mərhələ isə 25 may 2024-cü il tarixində keçiriləcək.

 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

 

Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.