08.05.2024

Müəllimlər arasında "Nə? Harada? Nə zaman? oyunu üzrə region çempionatı təşkil olunub

Müəllimlər arasında "Nə? Harada? Nə zaman? oyunu üzrə region çempionatı təşkil olunub.

 

Çempionat ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənc müəllimlər arasında keçirilib.

 

İntellektual oyunun region mərhələsində 10 komanda mübarizə aparıb.

 

Yarışın nəticələrinə əsasən Laçın rayonunun "Həkəri" komandası I, Cəbrayıl rayonunun "Xudafərin" komandası II, Qubadlı rayonunun "Bərgüşad" komandası isə III yerə layiq görülüb.

 

Qeyd edək ki, sonda qalib komandalara fəxri fərmanlar təqdim edilib.