08.05.2024

2 şagirdimiz Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-nun final turunda medal qazanıb

Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələrinə əsasən Zəngilan rayon 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Heydər Əlizadə qızıl, Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi Qərənfil Mamedova isə gümüş medala layiq görülüb.

 

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.