07.05.2024

Tarix müəlliminin 3 şagirdi tarix fənni üzrə RFO-nun final turunun qalibi olub

Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin tarix müəllimi Ramizov Vüsal İsmayıl oğlunun 3 şagirdi tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun qalibi olub.

 

Belə ki, məktəbin XI sinif şagirdi Alimə Əliyeva qızıl, IX sinif şagirdi Cavid Fətəliyev gümüş, X sinif şagirdi Aytac Baxşəliyeva bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, Vüsal Ramizov Vətən müharibəsi iştirakçısı olub, "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.