07.05.2024

5 şagirdimiz tarix fənni üzrə RFO-nun final turunda medal qazanıb

5 şagirdimiz tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda medal qazanıb.

 

Tarix fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələrinə əsasən Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin XI sinif şagirdi Alimə Əliyeva qızıl, IX sinif şagirdi Cavid Fətəliyev gümüş, X sinif şagirdi Aytac Baxşəliyeva bürünc, Cəbrayıl rayon İ. Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin IX sinif şagirdi Cavid Gülməmmədli və Cəbrayıl şəhər 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Elvin Abasquliyev bürünc medala layiq görülüblər.

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.