01.05.2024

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində tədbir keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində tədbir keçirilib.

 

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, ümümi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbi-bədii irsinə dair ümumi təhsil müəssisələrinin şagirdlərinin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Daha sonra görkəmli şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs olunub.

 

Tədbirdə ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən şairin qəzəlləri səsləndirilib, rəqslər nümayiş olunub, Məhəmməd Füzulinin "Leyli və Məcnun", "Meyvələrin söhbəti", "Bəngü-badə" əsərlərindən səhnəciklər nümayiş olunub.

 

Tədbir iştirakçılar tərəfindən böyük maraq və həvəslə izlənilib.