Layihə çərçivəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, şairin həyat və fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, intellektual oyunlar təşkil edilir.
Qeyd edək ki, layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.