23.04.2024

Vətəndaş məmnunluğunun artırılması, vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir

23 aprel tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov vətəndaş qəbulu keçirib.

 

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, şagird yerdəyişməsi və s. məsələlərlə bağlı müraciətlər ediblər.

 

İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.