19.04.2024

45 şagird buraxılış imtahanlarında yüksək nəticə əldə edib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində təhsil alan bir neçə şagirt Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə göstərib.

 

Qeyd edək ki, Cəbrayıl rayonu üzrə 7, Kəlbəcər rayonu üzrə 7, Laçın rayonu üzrə 11, Zəngilan rayonu üzrə 6 və Qubadlı rayonu üzrə isə 14 nəfər olmaqla ümumilikdə 45 nəfər 290-300 bal arası nəticə göstərib.

 

Yüksək nəticə toplamış şagirdlərimizi təbrik edirik.